Bank Of Baku

Azərbaycan yığması Şotlandiyanın “Klimarnok” klubunun darmadağın etdi

Azərbaycan yığması Şotlandiyanın “Klimarnok” klubunun darmadağın etdi
# 07 yanvar 2009 16:08 (UTC +04:00)
Bakı – APA. 21 yaşlılardan ibarət Azərbaycan yığma komandası Antalyadakı hazırlıq prosesinə böyük hesablı qələbə ilə başlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, alman mütəxəssis Bernard Lippertin çalışdırdığı yığmamız bu gün Şotlandiyanın “Klimarnok” klubunun ikinci komandasını 4:0 hesabı ilə məğlub edib. Komandamızdan qolların ikisini Əfran İsmayılov vurub. Cavid İmamverdiyevlə Natiq Kərimli hərəyə bir dəfə fərqlənib.
Qeyd edək ki, yığmamız ilk oyununu Şotlandiyanın “Dandi Yunayted” klubunun ikinci komandası ilə keçirməyi nəzərdə tutmuşdu. Ancaq son anda matçların vaxtı dəyişdiyi üçün Azərbaycanın U-21-i ilk olaraq “Klimarnok” ilə görüşməli oldu. “Dandi Yunayted” ilə görüş yanvarın 9-da baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR