Bank Of Baku

“Xəzər-Lənkəran”ın qaldığı oteli su basdı

“Xəzər-Lənkəran”ın qaldığı oteli su basdı
# 08 yanvar 2009 09:48 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubu təlim-məşq toplanışı keçdiyi Türkiyədə problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Antalyada yağan leysan komandanın planlarına mənfi təsir edib. Güclü yağış Antalyanın Manavqat qəsəbəsində yerləşən 7 otelin, o cümlədən Lənkəran təmsilçisinin məskunlaşdığı “Xante Resort” otelinin birinci mərtəbəsini su altına alıb.

Nəticədə oteli dəyişmək variantı yaranıb. “Xəzər-Lənkəran” başqa otelə köçməli olacaq. Bunu klubun rəsmi İnternet saytına müsahibə verən Lənkəran klubunun baş məşqçisi İqor Ponomaryov da təsdiqləyib: “Otel tərəfindən bizim üçün ayrılan futbol meydançasını su bərbad hala gətirdiyindən, hazırda ondan istifadə etmək mümkünsüzdür. Məhz bu səbəbdən həftəsonuna planlaşdırılan yoxlama oyunu keçirilməyə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR