Bank Of Baku

“Bakı” klubu Polşa çempionatının bürünc mükafatçısı ilə müqavilə bağlayıb

“Bakı” klubu Polşa çempionatının bürünc mükafatçısı ilə müqavilə bağlayıb
# 09 yanvar 2009 09:06 (UTC +04:00)
Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlunun karyerasını “Bakı” klubunda davam etdirəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu bu gün klub rəhbərliyi ilə görüşdə rəsmi müqavilə imzalayıb. Anlaşmanın 1,5 il olması nəzərdə tutulub.

Saşa indiyədək ölkəmizdə “Şərur”, “Xəzər Universiteti”, “Neftçi”, “Bakılı”, “MKT-Araz” klublarında çıxış edib. Son il yarımı Polşanın “Qrotslin” (indiki “Poloniya”) klubunda keçirən müdafiəçi oyun praktikasının azlığına görə komandanı tərk etməyə qərar verib. Yunisoğlu azad agent statusuna malik olduğu üçün “Bakı” rəhbərliyi ona görə təzminat ödəməyib. Futbolçumuz ötən mövsüm “Qrotslin”in heyətində Polşa çempionatının bürünc mükafatçı olub.

Qeyd edək ki, bu, dövrələrarası fasilədə “Bakı”nın ikinci transferidir. Paytaxt təmsilçisi öncə yığmamızın digər futbolçusu, 36 yaşlı yarımmüdafiəçi Mahmud Qurbanovu heyətə cəlb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR