Bank Of Baku

Küveyt yığması Azərbaycanla yoldaşlıq görüşünə razılıq verdi

Küveyt yığması Azərbaycanla yoldaşlıq görüşünə razılıq verdi
# 13 yanvar 2009 09:49 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının Küveyt yığması ilə qarşılaşa bilər. Apasport.az saytının məlumatına görə, millimiz ərəblərlə Dubaydakı təlim-məşq toplanışında görüşəcək. Matçın fevralın 11-də keçiriləcəyi razılaşdırılıb. Bu, yanvarın 27-dən fevralın 12-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək hazırlıq prosesi çərçivəsində növbəti rəqibidir. Bu komandamızın Küveytə qarşı ilk oyunu olacaq.
Qeyd edək ki, fevralın 1-də Özbəkistanla qarşılaşacaq yığmamızın Dubayda digər rəqiblərlə də görüşməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR