Bank Of Baku

Qəzza zolağında gedən döyüşlərdə iki fələstinli futbolçu həlak olub

Qəzza zolağında gedən döyüşlərdə iki fələstinli futbolçu həlak olub
# 15 yanvar 2009 10:26 (UTC +04:00)
Qəzza-APA. Fələstin Futbol Federasiyası İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ölkənin iki məşhur futbolçusunun öldürüldüyünü açıqlayıb. APA-nın məlumatına görə, federasiya milli komandanın sabiq futbolçusu Ayman əl-Kurd və üç övladının dünən bombardmanlar zamanı dünyasını dəyişdiyini bildirib. Fələstin yığmasının sabiq baş məşqçisi Həsən Balavi sabiq oyunçunun ölümünü ölkə futbolu üçün böyük itki adlandırıb. Fələstin olimpiya milli komandasının oyunçusu Vajih Mustahi də İsrail aviasiyasının endirdiyi raket zərbələrinin qurbanı olub. “İslami-Cihad” terror təşkilatı Vajih Mustahinin bu təşkilatın üzvü olduğunu və İsrail əsgərləri ilə üzbəüz döyüşdə şəhid olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR