Bank Of Baku

Son 22 ildə dünyanın ən yaxşı hakimləri müəyyənləşib

Son 22 ildə dünyanın ən yaxşı hakimləri müəyyənləşib
# 16 yanvar 2009 07:58 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 22 ilin ən yaxşı hakimlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 1987-ci ildən başlayaraq hər ilin ən yaxşı hakimini müəyyənləşdirən federasiya bütün bu dövrü əhatə edən nəticələri hesablayıb.

Hesablamalara əsasən, italiyalı Pyerluici Kollina dünyanın ən yaxşı hakimi olub. Onun bu müddətdəki hakimliyi 85 xalla qiymətləndirilib. İkinci olan almaniyalı Markus Merk 66, ilk “üçlüy”ü tamamlayan danimarkalı Petr Mikelsen isə 62 xal toplayıb.

Qeyd edək ki, 2008-ci ilin ən yaxşı ədalət təmsilçisi seçilən italiyalı Roberto Rozetti ümumi sıralamada 19-cu yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR