Bank Of Baku

Türkiyə yığmasına Avropa çempionu titulunu qazandıran məşqçi Azərbaycanda çalışmağı arzulayır

Türkiyə yığmasına Avropa çempionu titulunu qazandıran məşqçi Azərbaycanda çalışmağı arzulayır
# 16 yanvar 2009 12:38 (UTC +04:00)
Bakı – APA. Türkiyə yığmasına Avropa çempionu titulunu qazandıran məşqçi “Bakı” klubunda işləmək arzusundadır. Apasport.az saytının məlumatına görə, 2005-ci ildə Türkiyənin 17 yaşlılardan ibarət milli komandası ilə Avropa kubokunu və Dünya dördüncülüyünü əldə edən Abdullah Avcı karyerasını Azərbaycanda davam etdirmək istəyir. Hazırda Türkiyə Superliqasında çıxış edən “İstanbul Böyük Şəhəre Bələdiyyəspor”un baş məşqçisi olan mütəxəssis arzusunu “Bakı” klubunun maliyyə direktoru Fariz İsmixanova bildirib. Paytaxt təmsilçisinin vitse-prezidenti Tunç Afşarı yaxından tanıyan Avcı, onun ölkəmizdə gəlməsindən sonra Azərbaycan futbolu ilə daha çox maraqlandığını söyləyib. Futbolumuzun durumuna bələd olan və bu idman növünün inkişafı üçün çalışmaq istəyini açıqlayan mütəxəssis bunu özünə şərəf sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR