Azərbaycan çempionu “Birlik Kuboku”nda ilk qələbəsini qazanıb
19 yanvar 2009 08:47 (UTC +04:00)
Bakı – APA. Bakının “İnter” klubu debüt etdiyi “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komanda Finlandiya təmsilçisi “İnter”i üstələyib – 3:1. Bakılılar latviyalı Andrey Rubin (24-cü dəqiqə) və Xaqani Məmmədovun (32-ci dəqiqə) vurduğu qollarla fasiləyə 2:0 hesablı qələbəylə yollanıb. Turku təmsilçisi 48-ci dəqiqədə hesab arasındakı fərqi azaltsa da, uruqvaylı hücumçu Valter Quqlemon 75-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə, qələbəmizi rəsmiləşdirib.
Son Azərbaycan çempionunun qrupda keçirdiyi ilk oyunda Qırğızıstanın “Dordoy-Dinamo” klubu ilə qolsuz heç-heçə etdiyi nəzərə alsaq, Rubin turnirdə ilk qolun müəllifi kimi tarixə düşüb. Xodukin “İnter”in baş məşqçisi kimi beynəlxalq miqyasda ilk qələbəsini qazanıb. Belə ki, 70 yaşlı mütəxəssis ötən yay Çempionlar Liqasında keçirdiyi matçlarda ən yaxşı halda heç-heçəyə nail olmuşdu. Qrupumuzda keçirdiyi digər oyunda Latviyanın “Ventspils” klubu “Dordoy-Dinamo”nu 90+3-cü dəqiqədə Vitas Rimkusun vurduğu qolla çətin qələbə qazanıb.
Qeyd edək ki, çempionumuz qrupda son görüşünü sabah Bakı vaxtı ilə saat 14:00-da artıq ¼ finala vəsiqə qazanan “Ventspils”lə görüşəcək.

Futbol
2025/2026 mövsümündə Çempionlar Liqasının finalına Budapeşt ev sahibliyi edəcək
16:34
22 may 2024
2026-cı ildə UEFA Avropa Liqası, 2027-ci ildə isə Konfrans Liqasının finalı İstanbulda keçiriləcək
16:20
22 may 2024
Türkiyə kubokunun finalının baş hakimi bəlli olub
15:02
22 may 2024
Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının vaxtı açıqlanıb
11:45
22 may 2024