Bank Of Baku

Azərbaycan - Almaniya oyununun hazırlığı 7 ay qabaqdan başlanır

Azərbaycan - Almaniya oyununun hazırlığı 7 ay qabaqdan başlanır
# 21 yanvar 2009 08:58 (UTC +04:00)
Bakı – APA. Almaniya Futbol İttifaqının nümayəndələri Volfqanq Virtmann və Corc Belau fevralın 3-də Azərbaycana gələcək. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, səfərdə əsas məqsəd dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan - Almaniya oyununa hazırlıq məsələlərinin həllidir.

Qonaqlar Almaniya yığmasının məskunlaşması üçün otel seçimi ilə məşğul olacaq, həmçinin məşqlərin və görüşün keçiriləcəyi stadionlara baş çəkəcəklər. Volfqanq Virtmann və Corc Belau fevralın 6-da vətənə qayıdacaqlar.

Qeyd edək ki, Azərbaycan və Almaniya milli komandaları arasında matç bu il avqustun 12-də oynanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR