Bank Of Baku

Azərbaycan çempionu “Birlik kuboku” turnirinin yarımfinalına yüksəldi

Azərbaycan çempionu “Birlik kuboku” turnirinin yarımfinalına yüksəldi
# 21 yanvar 2009 12:52 (UTC +04:00)
Bakı – APA. Bakının “İnter” klubu “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin yarımfinalına yüksəlib. Apasport.az saytının məlumatına görə, Moskvada keçirilən yarışın debütantı olan son Azərbaycan çempionu Tacikistanın “Reqar-TadAZ” klubunu 2:0 hesabı ilə məğlub edib. Oyunun 25-ci dəqiqəsində latviyalı yarımmüdafiəçi Andrey Rubin, 50-ci dəqiqədə uruqvaylı hücumçu Valter Quqlemon taciklərin qapısına yol tapıb. “İnter”in hər iki legioneri turnirdə ikinci qolunu vurub, Quqlemon isə yenə penalti zərbəsindən fərqlənib.

Qeyd edək ki, ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komanda turnirdə hər üç qələbəsini iki top fərqi ilə qazanıb. Buna qədər Finlandiyalı adaşını 3:1, Latviyanın “Ventspils” klubunu 2:0 hesabı ilə yenən “İnter”in yarımfinalda rəqibi “Aktobe” (Qazaxıstan) – “MTZ-RİPO” (Belarus) görüşündə müəyyənləşəcək. Həmin matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Azərbaycan çempionunun yanvarın 23-də keçirəcəyi yarımfinal oyunu da həmin vaxtda start götürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR