Bank Of Baku

“Qalatasaray” klubunun sabiq kapitanı Azərbaycana gəlir

“Qalatasaray” klubunun sabiq kapitanı Azərbaycana gəlir
# 21 yanvar 2009 16:04 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən “Bakı” klubunun rəhbərliyi bu ölkədə növbəti işgüzar görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, bakılıların vitse-prezidenti Zeynal Məmmədov Türkiyə yığmasında 120 oyuna 39 qol vuran Ergün Pəmbə ilə görüşüb. Hazırda "Hacettepe" klubunun köməkçi məşqçi olan sabiq futbolçu ilə görüşdə Məmmədov Azərbaycan futbolunun inkişafından danışıb. Futbolumuzun böyük addımlarla irəlilədiyini öyrənən "Qalatasaray"ın sabiq kapitanı buna çox şad olduğunu bildirib. Klub rəsmisi Ergünü Bakıya dəvət edib ki, vaxtilə "Qalatasaray"ın heyətində UEFA Kubokunu və Avropa Super Kubokunu qazanan oyunçu təklifi qəbul edib.
Qeyd edək ki, “Bakı” Ergünün “Qalatasaray”da uğurlar qazandığı vaxt komandanın baş məşqçisi olmuş Fatih Terimi də ölkəmizə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR