Bank Of Baku

“Barselona” bütün zamanların ən yaxşı klubu oldu

“Barselona” bütün zamanların ən yaxşı klubu oldu
# 23 yanvar 2009 09:33 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bütün zamanların ən yaxşı klublarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 17 ildir dünya komandalarının reytinq cədvəlini tərtib edən İFFHS bu müddətin ümumi sıralamasını tərtib edib. Hesablamalara əsasən, 757 xal toplayan “Barselona” (İspaniya) birinci pillədə qərarlaşıb. Kataloniyalıların ən yaxın izləyiciləri “Mançester Yunayted” (İngiltərə) 678, “Yuventus” (İtaliya) isə 621 xal yığıb.

Azərbaycanın təmsil olunmadığı siyahıda 204 klub yer alıb. Türkiyənin “Qalatasaray” komandası 41-ci (189 xal), “Fənərbaxça” 79-cu (80 xal), “Beşiktaş” 87-ci (68 xal), “Trabzonspor” 184-cü (6 xal) pillədə qərarlaşıb. Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” klubu “Fənərbaxça”nı arxada qoyaraq, 105 xalla 67-ci yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR