Bank Of Baku

Azərbaycan futbol yığması sabah Dubaya təlim-məşq toplantısına yollanacaq

Azərbaycan futbol yığması sabah Dubaya təlim-məşq toplantısına yollanacaq
# 26 yanvar 2009 10:25 (UTC +04:00)
Bakı – APA. Yanvarın 27-dən fevralın 12-dək Birləşmiş Ərəb əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq planına aydınlıq gəlib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamız toplanış zamanı gündə iki dəfə məşq keçəcək. Almaniyalı baş məşqçi Berti Foqtsun yetirmələri hər gün saat 10:00 və 16:00-da meydana çıxacaq. Bu qrafik Küveytlə matçın bu ölkədə keçirilən hazırlıqlarına da şamil olunacaq.
Qeyd edək ki, millinin futbolçuları sabah səhər bir araya gələrək Dubaya yollanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR