Bank Of Baku

Rusiya - Azərbaycan görüşünün başlanma vaxtı dəqiqləşdi

Rusiya - Azərbaycan görüşünün başlanma vaxtı dəqiqləşdi
# 27 yanvar 2009 08:12 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının cari seçmə mərhələ çərçivəsində Rusiya ilə qarşıdakı rəsmi oyununun başlanma vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın ruslarla martın 28-də Moskvanın “Lujniki” stadionunda keçiriləcək görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Şənbə gününə təsadüf edən matçın belə tez başlanmasına səbəb oyunun istirahət günü keçirilməsidir. Bundan əlavə, bizdən fərqli, Rusiya yığmasının aprelin 1-də də rəsmi oyunu var və şimal qonşularımız yanvarın 30-da Lixtenşteynə yollanacaq. Vaduts şəhərində “Raynparkştadion”da keçiriləcək Lixtenşteyn – Rusiya görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR