Bank Of Baku

“Arsenal” azərbaycanlı futbolçunu sınamaq istəmir

“Arsenal” azərbaycanlı futbolçunu sınamaq istəmir
# 28 yanvar 2009 08:58 (UTC +04:00)
Bakı – APA. Ukraynanın “Arsenal” klubunun baş məşqçisi Aleksandr Zavarov Azərbaycanın gənclərdən ibarət milli komandasının oyunçusu Rüstəm Novruzova şans vermir. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən kiyevlilər ardıcıl iki yoxlama oyunu keçirib. Lakin baxışda olan həmyerlimiz nə Ukraynanın “Vorskla”, nə də Polşanın “Arka” komandası ilə görüşdə şans qazanıb. “Arsenal”ın Türkiyə toplanışına apardığı Novruzovun yanvarın 30-da keçiriləcək matçda sınanacağı hələ məlum deyil. Həmin gün kiyevlilər Rusiyanın “Sibir” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Novruzov müqavilə ilə “Bakı” klubuna məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR