Bank Of Baku

Azərbaycan çempionu Türkiyədə xoşagəlməz halla üzləşdi

Azərbaycan çempionu Türkiyədə xoşagəlməz halla üzləşdi
# 03 fevral 2009 15:55 (UTC +04:00)
Bakı – APA. “Neftçi” və “Xəzər-Lənkəran” klublarının heyətində Azərbaycan çempionluğu qazanan Valeri Abramidze Türkiyədə xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, Rusiya Premyer Liqasında çıxış edən “Ximki” komandasının hazırlıq keçdiyi Antalyaya baxışa yollanan 29 yaşlı gürcü müdafiəçinin gözlənilmədən halı pisləşib. Hərarəti yüksələn Abramidze məşqləri davam etdirə bilməyib və elə bu gün “Ximki”nin düşərgəsindən ayrılıb. Nəticədə futbolçu keçmiş komandasının sıralarında heç üç gün olmayıb.
Qeyd edək ki, Valeri vaxtilə “Ximki”nin şərəfini qoruyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR