Bank Of Baku

Azərbaycanda legioner limiti ləğv olunmayacaq

Azərbaycanda legioner limiti ləğv olunmayacaq
# 04 fevral 2009 10:07 (UTC +04:00)
Bakı – APA. Bu gün AFFA prezidenti Rövnəq Abdullayev klub rəhbərləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında keçirilən toplantıya Premyer Liqa təmsilçilərinin rəhbər şəxsləri qatılıb. Görüşdə ölkə futbolunun inkişafı ilə bağlı müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib. Klubların ikinci dövrəyə hazırlıq planları, hakimliklə bağlı məsələlərə də toxunulub. Əsas müzakirə obyektlərindən biri də legioner limiti ilə bağlı olub. Müzakirələr nəticəsində əcnəbi futbolçulara qoyulan limitin ləğv olunmasının növbəti mövsüm üçün də qüvvədə qalması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, limitin ləğv olunması cari mövsümdən tətbiq olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR