Rövnəq Abdullayev: “Rusiya – Azərbaycan oyununa proqnoz vermək çətindir”
- Klub rəhbərləri ilə görüş necə keçdi? Əsasən hansı məsələlər müzakirə olundu?
- Tədbir çox yaxşı keçdi. Bildiyiniz kimi, fevralın 14-də Premyer Liqanın ikinci dövrəsi başlanır. Klubların mövcud durumu, problemlər barədə müzakirələr aparıldı. Çempionatın yüksək səviyyədə keçirilməsi üçün nələrin lazım olması haqda fikirlər, arzular, istəklər dinlənildi. İclasda məqsəd konkret qərar çıxarmaq deyildi. Biz klubların ötən mövsüm hansı irəliləyişlər əldə etmələri, qarşılaşdıqları çətinliklər barədə fikir mübadiləsi apardıq. Həmçinin, bu il üzləşə biləcəkləri problem və onların aradan qaldırılması məsələsinə baxıldı. Bu görüş sayəsində AFFA və klublar arasında yeni dönəm yarandı. Milli komandanın çalışdırıcılarının klubların məşqlərinə qatılmaları, onlara məsləhət vermələri məsələsi həllini tapdı. Hesab edirik ki, müəyyən standartlar əldə etmək, yəni klublarda taktiki yox, fiziki hazırlığı yaxşılaşdırmaq məqsədilə yığmanın məşqçilərinin səy göstərmələrinin məqamı çatıb. Klubların fiziki hazırlığını dünya standartlarına uyğun təmin etməliyik. Tədbir zamanı klub rəhbərləri də bu addımı alqışladılar. Onlar da bizə kömək edəcəklərini bildirdilər. Nəticədə yığmanın düşərgəsinə gələn futbolçular fiziki cəhətdən hazırlıqlı olacaqlar. Bundan başqa, görüşdə çempionatın gedişi, hakimliklə bağlı məsələlərdən danışıldı. Çox sevinirəm ki, klub rəhbərləri ötən mövsümdə hakimliyi yüksək qiymətləndirdilər və bu sahədə böyük dönüş olduğunu bildirdilər. AFFA hakimliyi prioritet sahə sayır və bunun inkişafından ötrü əlindən gələni əsirgəmir.
- Növbəti mövsümdə də çempionatımızda legionerlərə limit qoyulmayacağı bildirilir.
- Elədir. Gələn mövsüm yeni sistemə keçəcəyik, Premyer Liqada 12 komanda oynayacaq. Növbəti çempionatda da əcnəbi futbolçulara sayına məhdudiyyət qoyulmayacaq. Yalnız yeni sistemi sınaqdan keçirdikdən sonra bu məsələyə baxmağın lazım olub-olmadığını müəyyənləşdirəcəyik. Ən əsası, legioner limiti qoymaq üçün möhkəm baza yaratmalıyıq. Buna görə isə uşaq futbol məktəblərində inkişafa nail olmalıyıq. Ölkəmizdə peşəkar futbolçuların sayını artırdıqdan sonra legioner limiti məsələsinə qayıdacağıq.
- Konkret hansısa klubun qarşısına futbol məktəblərinin inkişafı ilə bağlı şərt qoyuldumu?
- Belə şərtlər lap əvvəldən var. İclasda uşaq futbolunun inkişafı naminə lazımi məsələlərə yenə baxdıq. Bir sıra klublardakı böyük nəticələri müzakirə etdik. “Bakı”, “Neftçi”, “Xəzər-Lənkəran”, “İnter”in uşaq futbol məktəbləri mövcuddur. Artıq “Qəbələ” də bu işə qoşulub. Sevindirici haldır ki, regionlarda da uşaq futbol məktəbləri, akademiyalar yaradılması istəyi yaranıb. “Qəbələ” klubunda belə bir akademiya fəaliyyətə başlayıb. Regional Futbol Federasiyaları Qəbələdə yarışların keçirilməsi, uşaq futbolunun inkişafı məqsədilə böyük işlər görəcəklər. Biz bunu digər klublara da tövsiyə edirik.
- Maliyyə böhranı ilə əlaqədar legionerlərin üzvlük haqqını azaltmaqla, klublara güzəşt olunması nəzərdə tutulmur?
- Legioner limitini götürməklə, ilk növbədə Azərbaycana aşağı səviyyəli oyunçuların gətirilməsinin qarşısını almağa çalışmışıq. Eyni zamanda, Azərbaycan futbolçusunun transfer qiymətini də nəzərə almışıq. Bu məbləğin müəyyən həddən az olmasınmı istəyirik. Amma legionerlərə limit qoyulsa, yerli futbolçulara tələbat artacaq və yenə süni bahalaşma baş verəcək.
- AFFA 2009/10 mövsümündən etibarən hər bir klubun özünə aid stadionu olması tələbini irəli sürüb. Bu tələbin yerinə yetirilməsi nə dərəcədə realdır?
- Bu istiqamətdə işlər gedir. Ancaq bilirsiniz ki, dünyada maliyyə böhranı mövcuddur. Çox klublar stadion tikintisinə başlayıb. Bununla belə, “1 klub, 1 stadion” layihəsini 1 il təxirə salmağımız mümkündür.
- Yəqin ki, bu məsələ İcraiyyə Komitəsində müzakirə olunacaq?
- Yox, hələ müzakirə edilməyib. Bu, mənim şəxsi fikrimdir.
- Fevralın 1-də milli komandamızın Özbəkistanla yoldaşlıq görüşü 1:1 hesabı ilə başa çatdı. Nəticədən razı qaldınızmı?
- Nəticədən razıyam. Artıq yığmada yeni oyunçular özünü göstərməyə başlayıb. Futbolun inkişafı üçün yeni nəsil yetişib. Özbəkistanla matçda əsas oyunçulardan çox, cavan futbolçular meydançaya çıxmışdı.
- Yığmamız martın 28-də Moskvada dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya ilə qarşılaşacaq. Rusiyalılarla görüş barədə proqnozunuz nədir?
- Bu oyuna proqnoz vermək çətindir.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlanıb - FOTO
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
Azərbaycan Ordusunda yeni tədris ili başlayıb - VİDEO
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib
Zaxarova ABŞ istehsalı raket sistemlərinin Norveçdə yerləşdirilməsini şərh edib
Rəsmi Tehran: Pezeşkianın Nyu-Yorka səfəri ABŞ-ın viza verməsindən asılı olacaq
Bəqai: İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar yekun mərhələyə çatıb
BMT-nin CW4 konfransı çərçivəsində növbəti panel sessiya keçirilib
Bakıda məhkuma aid silah-sursat aşkarlanıb - FOTO
Sabah Bakıda yağış yağacaq
Bakı–Qazax yolunda maşın arakəsməyə çırpılaraq aşıb - VİDEO
Sədr: Azərbaycanın coğrafi mövqeyi daha geniş regionda infrastrukturu birləşdirmək üçün imkan yaradır
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
İcraçı direktor: COP30-da beşillik fəaliyyət planı üzrə razılıq eldə edilib
“AzerGold” Söyüdlü qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib - FOTO - VİDEO
BMT nümayəndəsi: İqlimin sərhədi yoxdur, çətin siyasi parçalanmalar şəraitində həmrəylik nümayiş etdirməliyik
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB
Direktor: Azərbaycanın COP29-a ev sahibliyi iqlim diplomatiyasının inkişafına mühüm töhfə verib
BMT nümayəndəsi: COP29 çərçivəsində 25 BMT agentliyi toplanıb və təşəbbüslərin çoxu icra mərhələsindədir
Nazir müavini: Azərbaycan bərpa olunan enerji sahəsində regional liderdir
Kobaxidze: BTQ-nin tam istifadəyə verilməsi Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığının yaxşı nümunəsidir
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
“AzRe”nin uzunmüddətli rəhbər şəxslərindən biri şirkətdən ayrılıb
Rusiya ilə Şimali Koreya arasında avtomobil körpüsü istifadəyə verilib
Kabardin-Balkariyada qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB
Saymon Stil: Azərbaycan COP29-da iqlim maliyyələşdirilməsi üzrə razılaşmaya nail olunmasına kömək etdi
Baş direktor: Azərbaycan 2027-ci ilədək 2 QVt yaşıl enerji layihəsi reallaşdırmaq niyyətindədir
8 ayda dövlət büdcəsindən 224,2 mln. manat geri qaytarılıb
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək
IRENA: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında bazarları birləşdirən regional mərkəzə çevrilmək imkanına malikdir
Şabranda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib
Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi başa çatdırılıb
Gəncədə 72 yaşlı qadını avtomobil vuraraq öldürüb
Samed Ağırbaş: COP31 komandası olaraq Azərbaycanın COP29 sədrliyindən çox şey öyrənmişik
Zavodun özəlləşdirilməsi və alqı-satqılarla bağlı külli miqdarda dələduzluqda ittiham edilən şəxs həbs olunub
Fatma Varank: Bakı iqlim gündəmi Türkiyə üçün möhkəm zəmin formalaşdırıb
Bakıda maşın aşıb, bir nəfər ölüb
COP30-un icraçı direktoru Bakı İqlim Həftəsinə ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
GECF: Azərbaycan Avrasiyada səmt qazının əsas mənbələrindən biridir
Azərbaycanda kənd təsərrüfatında subsidiya veriləcək yeni sahələr açıqlanıb
Fermerlər əkin subsidiyasının 30 faizini avans ala biləcəklər
Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA
Nazir müavini: Antalya əldə edilmiş kompromislərin yenidən müzakirə edildiyi yerə çevrilməməlidir
“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək
Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
Yalçın Rəfiyev: COP29 göstərdi ki, mövqelər uzlaşmaz göründüyü zaman belə diplomatiya nəticə verə bilər
Nazir: Əsas məqsədlərimizdən biri yaşıl enerjini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana yönəltməkdir