Bank Of Baku

Makedoniyalı məşqçi: “Azərbaycan çempionatına həsəd aparmaq olar”

Makedoniyalı məşqçi: “Azərbaycan çempionatına həsəd aparmaq olar”
# 05 fevral 2009 08:17 (UTC +04:00)
Bakı – APA. “Qarşılaşma çox gərgin keçdi. Hesab reallığı əks etdirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Makedoniya Giorçe Petrov" klubunun baş məşqçisi İlço Georgievski deyib.

Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində “Bakı” ilə qarşılaşan makedoniyalıların çalışdırıcısı 0:1 hesablı məğlubiyyətin səbəbini izah edib: “Nəzərə almaq lazımdır ki, Makedoniyada ölkə çempionatının başlanmasına hələ bir ay var. Futbolçularım optimal formalarından uzaqdırlar. Bu amil də məğlubiyyətimizdə böyük rol oynadı. Ancaq istəməzdim ki, "Bakı"nın inamlı qələbəsinə kölgə salım. Komandanız layiqli qələbə qazandı".

Georgievski həmyerlisi və rəqib həmkarı Qyoko Hacıyevskinin yetirmələrinə uduzduqdan sonra Azərbaycan Premyer Liqasına həsəd aparıb: "Bakı" gözəl oyun göstərdi. İlk yarıda rəqibimiz tam üstünlüyə malik idi və bunun nəticəsi kimi hesabı açdı. İkinci hissədə biz hesabı bərabərləşdirməyə çalışdıq, lakin mümkün olmadı. "Bakı"nın oyunu şəxsən mənim üçün sürpriz oldu. Məşqçiniz və mənim yaxın dostum Qyokonun dediyinə görə, Azərbaycanda "Bakı" səviyyəli 4-5 komanda var. Belə olan halda, sizin çempionata həsəd aparmaq olar. Yəqin ki, sizdə ölkə birinciliyi gərgin mübarizədə keçir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR