Bank Of Baku

Şenes Erzik Azərbaycanda ilk futbol akademiyasının açılışına gəlir

Şenes Erzik Azərbaycanda ilk futbol akademiyasının açılışına gəlir
# 05 fevral 2009 09:57 (UTC +04:00)
Bakı – APA. AFFA-nın həyətində inşa olunan futbol akademiyasının rəsmi açılış mərasimi fevralın 23-də olacaq. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, tədbirə bir sıra qonaqlar dəvət olunublar.

Açılış mərasimində FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik də iştirak edəcək. Artıq akademiyanın tikintisində son tamamlanma işləri aparılır. Azərbaycanın ilk futbol akademiyasında 30 nəfərin təhsil alması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR