Bank Of Baku

“Neftçi” Rumıniya yığmasının futbolçusu ilə müqavilə bağladı

“Neftçi” Rumıniya yığmasının futbolçusu ilə müqavilə bağladı
# 10 fevral 2009 07:42 (UTC +04:00)
Bakı – APA. Bakının “Neftçi” klubu daha bir legionerlə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, flaqman Türkiyənin Antalya şəhərində baxışa çağırdığı rumıniyalı yarımmüdafiəçi Marian Aliutanın transferini rəsmiləşdirib. Buxarest “Styaua”sının yetirməsi olan 31 yaşlı orta sahə oyunçusu ilə il yarımlıq müqavilə imzalanıb.

Daha çox “Styaua” və Donetskin “Şaxtyor” klubunda çıxışı ilə tanınan Aliuta 3 il Ukraynada top qovub. 2000-2002-ci illərdə “Şaxtyor”da (47 oyun, 1 qol) forma geyinən Marian sonrakı qayıdışı zamanı Donetskin digər təmsilçisi – “Metallurq”un (2005/06, 23 oyun, 2 qol) şərəfini qoruyub. Ölkə kənarında Moldovada “Şerif” (1999/00), Cənubi Koreyada “Çunnam Draqons” (2005/06), Yunanıstanda “İraklis”də (2006/07) və Çində “Çanqçun Yatay”da çıxış edib.

Marian Rumıniya milli komandasının heyətində 5 dəfə meydana çıxıb.

Qeyd edək ki, “Neftçi”nin qış fasiləsində bunadək “Styaua”nın hücumçusu Adrian Nyaqanı alıb. Onlar flaqmanın tarixində ilk rumın futbolçular olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR