Bank Of Baku

400-ə yaxın futbolçu maliyyə böhranının qurbanı oldu

400-ə yaxın futbolçu maliyyə böhranının qurbanı oldu
# 11 fevral 2009 09:48 (UTC +04:00)
Bakı – APA. Premyer Liqanın təxminən 400-ə yaxın futbolçu işsiz qalacaq. Apasport.az saytının məlumatına görə, Şotlandiya Premyer Liqasının rəhbərliyinin qəbul etdiyi yeni qərar bir çox oyunçuların özünə yeni sənət axtarmasına səbəb olacaq. Dünyada cərəyan edən maliyyə böhranını nəzərə alan qurum klubların əvəzedici komandaları arasında keçirilən çempionatın yeni mövsümdən keçirilməməyini məqsədəuyğun sayıb. Premyer Liqa klubları onlarla müqaviləsi olan, lakin gününü ikinci komandada keçirən futbolçulardan yaxa qurtarmalı olacaq. Şotlandiyanın peşəkar futbolçularının həmkarlar ittifaqı bu qərarın təxminən 400 futbolçunun işsiz qalmasına səbəb olacağını açıqlayıb. Belə ki, əvəzedicilərin əksəriyyətinin müqaviləsi bu yay başa çatdığından onlarla anlaşmanın müddəti artırılmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR