Bank Of Baku

Azərbaycan futbol yığması Küveytlə heç-heçə oynayıb

Azərbaycan futbol yığması Küveytlə heç-heçə oynayıb
# 12 fevral 2009 08:25 (UTC +04:00)
Bakı - APA. Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Küveytlə heç-heçə oynayıb. Apasport.az saytının məlumatına görə, Əl-Küveyt şəhərinin “Nasional” stadionunda keçirilən matç 1:1 hesabı ilə nəticələnib.

Hesabı 1-ci dəqiqədə yığmamız açıb. Futbolçularımız elə ilk hücumdaca rəqib komandanı məyus edib. Milli komandamızdan Vaqif Cavadov fərqlənib. Lakin qələbə hesabını qorumaq mümkün olmayıb. Küveytlilər 45-ci dəqiqədə Əl-Ansarinin qolu sayəsində tarazlığı bərpa ediblər. Qalan vaxtlarda tərəflərin səyinə baxmayaraq, qapılara qol vurulmayıb.

Bununla da, Berti Foqtsun yetirmələri Dubay toplanışını yekunlaşdırıb. Yığmamız bu gün Vətənə dönür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR