Bank Of Baku

Futbolun əsas 5 qaydası dəyişdirilir

Futbolun əsas 5 qaydası dəyişdirilir
# 12 fevral 2009 10:48 (UTC +04:00)
Bakı – APA. Futbol qaydalarında dəyişiklik edilə bilər. Apasport.az saytının məlumatına görə, bununla bağlı fevralın 28-də Şimali İrlandiyada keçiriləcək Beynəlxalq Futbol Assosiasiyası Şurasının (IFAB) yığıncağında qərar çıxarılacaq. Toplantıda qaydalara bir çox yeniliklər ediləcəyi gözlənilir. “İdmanın şahı”nda əsas 5 qaydanın dəyişdirilmə ehtimalı maraq doğurur.
IFAB rəsmi matçlarda 4-cü oyunçu dəyişikliyinə icazə verə bilər. Bir şərtlə ki, axırıncı əvəzləmə uzatma dəqiqələrində edilsin. Bundan başqa, sarı vərəqəyə görə, hokkey və həndboldakı kimi, oyunçuların 5 və ya 10 dəqiqə cəzalandırılması mümkündür. Hissələr arasındakı fasilənin isə 15 dəqiqədən 20 dəqiqəyə artırılacağı gözlənilir.
Hakimlərin sayının 5-ə çatdırılması da İFAB-ın iclasında rəsmiləşəcək. Eyni zamanda, qaydalarda baş məşqçilər üçün yazılmış “Komandasına tapşırıqlarını verdikdən sonra öz yerinə qayıtmalıdır” sözü aradan götürüləcək. Bundan sonra baş məşqçilərin “texniki zona”da sərbəst davranmalarına imkan yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR