Bank Of Baku

Latviya yığmasının futbolçusu: “Azərbaycan milli komandası Ermənistandan güclüdür”

Latviya yığmasının futbolçusu: “Azərbaycan milli komandası Ermənistandan güclüdür”
# 12 fevral 2009 13:56 (UTC +04:00)
Bakı – APA. “Hesab edirəm ki, Azərbaycan yığması Ermənistandan güclüdür. Ermənilərlə dünənki oyunumuzdan sonra belə qənaətə gəldim”. Bunu apasport.az saytına açıqlamasında Latviya milli komandasının yarımmüdafiəçisi Andrey Rubin deyib.

Ermənistanla Cənubi Kiprdə keçirilən görüşdə əsas heyətdə meydana daxil olan Rubin 79-cu dəqiqədə əvəzlənib. Bakının “İnter” klubunun şərəfini qoruyan latviyalı komanda yoldaşları ilə birgə çox çalışsa da, ermənilər üzərində qələbə qazana bilməyib: “Qolsuz bərabərliklə başa çatan bu oyunda qalib gələ bilərdik. Ancaq əfsuslar olsun ki, qol imkanlarından istifadə edə bilmədik. Vaxtilə milli komandanıza qarşı bir neçə dəfə oynamışam. Azərbaycanı Ermənistandan üstün sayıram. Hər halda, oyuna görə məndə belə təəssürat oyandı”.

Azərbaycanla Ermənistanın müharibə şəraitində olmasından xəbərdar olan Rubin bildirib ki, ölkəmizdə çıxış etdiyi üçün matç zamanı hansısa problem yaşamayıb: “Hər şey qaydasında oldu. Ermənilər Azərbaycanda oynadığımıza görə matç ərzində ayaqlarıma zərbə vurmurdular. Rəqib futbolçular məndən ölkəniz haqda da bir şey soruşmadılar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR