Bank Of Baku

Bastian Şvaynştayger: “Azərbaycan yığmasını mütləq məğlub etməliyik”

Bastian Şvaynştayger: “Azərbaycan yığmasını mütləq məğlub etməliyik”
# 13 fevral 2009 09:10 (UTC +04:00)
Bakı – APA. Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasının futbolçusu Bastian Şvaynştayger qarşıdakı oyunlarla bağlı istəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Azərbaycan üzərində qələbəni zəruri sayır: “İlk növbədə Lixtenşteyn, Uels, Finlandiya və Azərbaycan milli komandalarını mütləq məğlub etməliyik. Əgər həm biz, həm də ruslar bu komandaları məğlub etsək, onda Moskvada keçiriləcək Rusiya – Almaniya matçı həqiqətən həlledici olacaq. Amma elə də ola bilər ki, bu görüş artıq turnir cədvəli baxımından heç bir əhəmiyyət kəsb etməsin”.

Qeyd edək ki, yığmamızın Almaniya ilə oyunları avqustun 12-də Bakıda, sentyabrın 9-da Hannoverdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR