Bank Of Baku

AFFA-nın Milli Komandalar Departamentinə yeni rəis təyin edilib

AFFA-nın Milli Komandalar Departamentinə yeni rəis təyin edilib
# 14 fevral 2009 09:13 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) kadr dəyişikliyi baş verib. Belə ki, Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov Uşaq və Gənclər Futbol Yarışlarının Təşkili və Keçirilməsi Departamentinə rəhbər təyin olunub. Bu haqda apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyev məlumat verib. Milli Komandalar Departamenti isə yığmamızın baş inzibatçısı İslam Abbasova həvalə edilib.

Qeyd edək ki, indiyədək Uşaq və Gənclər Futbol Yarışlarının Təşkili və Keçirilməsi Departamentində rəis olmayıb. Bu qurumda ən yüksək vəzifədə çalışan baş mütəxəssis Xalid Novruzov bir müddət öncə işdən kənarlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR