Bank Of Baku

Sabah UEFA kubokunda 1/16 final mərhələsinin oyunları start götürür

Sabah UEFA kubokunda 1/16 final mərhələsinin oyunları start götürür
# 17 fevral 2009 09:12 (UTC +04:00)
Bakı – APA. İki aylıq fasilədən sonra avrokuboklar həyəcanı yenidən başlanır. Apasport.az saytının məlumatına görə, sabah UEFA kubokunda 1/16 final mərhələsinin oyunlarına start veriləcək. 16 görüşdən 11-i sabah, 5-i isə ertəsi gün baş tutacaq. Sözsüz ki, 1/16 final oyunları arasında azarkeşlərin əsas diqqəti “Qalatasaray”a yönələcək. “Cim-bom” UEFA kubokunda mübarizəni davam etdirmək üçün “Bordo” səddini keçməlidir. Fransanın adlı-sanlı klublarından biri Çempionlar Liqasında çıxış etsə də, qrup mərhələsini adlaya bilməyib. Ancaq “Bordo” qrupda 3-cü yeri tutduğu üçün UEFA kubokuna vəsiqə qazanıb. “Qalatasaray” rəqibindən vaxtilə Çempionlar Liqasındakı uğursuzluğun da əvəzini çıxmalıdır.
1/16 final oyunlarına təyinat alan hakimlər arasında Serj Qyumenninin bizim üçün daha önəmli olduğunu desək, yanılmarıq. Axı 37 yaşlı belçikalı hakim milli komandamızın Rusiya ilə martın 28-də Moskvada keçiriləcək qarşıdakı rəsmi oyununu idarə edəcək.

18 fevral

“Dinamo” (Kiyev, Ukrayna) - “Valensiya” (İspaniya)
Baş hakim: Serj Qyumenni (Belçika)

“Zenit” (Rusiya) - “Ştutqart” (Almaniya)
Baş hakim: Byorn Kupers (Hollandiya)

“Olimpiakos” (Yunanıstan) - “Sent Etyen” (Fransa)
Baş hakim: Lucilio Cardoso Cortes Batista (Portuqaliya)

“Aston Villa” (İngiltərə) - MOİK (Moskva, Rusiya)
Baş hakim: Peter Rasmussen (Danimarka)

“Verder” (Almaniya) - “Milan” (İtaliya)
Baş hakim: Maykl Lesli Din (İngiltərə)

“Bordo” (Fransa) - “Qalatasaray” (Türkiyə)
Baş hakim: Klaudio Kirçetta (İsveçrə)

NEK (Hollandiya) - “Hamburq” (Almaniya)
Baş hakim: Darko Ceferin (Sloveniya)

PSJ (Fransa) - “Volfsburq” (Almaniya)
Baş hakim: Sveyn Oddvar Mon (Norveç)

“Sampdoriya” (İtaliya) - “Metallist” (Ukrayna)
Baş hakim: Pavel Kristian Balaj (Rumıniya)

“Olborq” (Danimarka) - “Deportivo” (İspaniya)
Baş hakim: Nikolay İvanov (Rusiya)

“Braqa” (Portuqaliya) - “Standard” (Belçika)
Baş hakim: Costas Kapitanis (Kipr)

19 fevral

“Kopenhagen” (Danimarka) - “Mançester Siti” (İngiltərə)
Baş hakim: Pavel Kravoleç (Çexiya)

“Lex” (Polşa) - “Udineze” (İtaliya)
Baş hakim: Anton Genov (Bolqarıstan)

“Fiorentina” (İtaliya) - “Ayaks” (Hollandiya)
Baş hakim: Sezar Munis Fernandes (İspaniya)

“Marsel” (Fransa) - “Tvente” (Hollandiya)
Baş hakim: Stanislav Suxina (Rusiya)

“Şaxtyor” (Ukrayna) - “Tottenhem” (İngiltərə)
Baş hakim: Tomas Eynvaller (Avstriya)

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab görüşlərinin hamısının fevralın 26-da keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR