Bank Of Baku

Türkiyədə hakimin başını yardılar

Türkiyədə hakimin başını yardılar
# 17 fevral 2009 09:13 (UTC +04:00)
Bakı – APA. Türkiyə çempionatı yenə qanlı olaya səhnə olub. Apasport.az saytının məlumatına görə, qonşu ölkənin həvəskar liqasında keçirilən “As Akyazıspor” - “Hendekspor” matçında qalmaqal yaşanıb.

Hadisə oyunun uzatma dəqiqələrinə təsadüf edib. Hesabın 0:0 olduğunu nəzərə alan “As Akyazıspor” komandası son saniyələrdə qol vurmaq üçün böyük qüvvə ilə irəli atılıb. Lakin yan xətt hakimi Fatih Şahan meydan sahiblərinin oyundankənar vəziyyətə düşdüklərini göstərib.

Onun ofsayd qərarı verməsi yerli azarkeşlərin qəzəbinə səbəb olub. Fanatlardan biri özünü saxlaya bilməyərək, Fatih Şahana tribunadan daş tullayıb. Azarkeşin zərbəsi dəqiq olduğundan daş hakimin başını yarıb və o, müvazinətini itirərək, yerə yıxılıb. Görüşün baş hakimi isə qalmaqalın böyüməsinin qarşısını almaq məqsədilə matçı yarımçıq dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR