Bank Of Baku

Azərbaycan yığmasının futbolçusu Cənubi Koreyanın “Seul” klubu ilə danışıqlar aparır

Azərbaycan yığmasının futbolçusu Cənubi Koreyanın “Seul” klubu ilə danışıqlar aparır
# 18 fevral 2009 09:34 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin Cənubi Koreyanın “Seul” klubunun düşərgəsində olduğu təsdiqlənib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun hazırda Türkiyənin Antalya şəhərində hazırlıq keçən Asiya təmsilçisi ilə danışıqlar apardığı Serbiya mətbuatında da əks olunub.

“Srvena Zvezda” ilə hələ iki il yarımlıq müqaviləsi qalmasına baxmayaraq, transferə çıxarılan Subaşiçin yaxın günlərdə rəsmən Serbiya təmsilçisi ilə ayrılacağı bildirilir. Futbolçunun keçidinin baş tutub-tutmayacağı isə tərəflər arasında razılıq əldə olunmasından asılı olacaq.

Qeyd edək ki, “Seul”u Türkiyə milli komandasının sabiq baş məşqçisi Şenol Günəş çalışdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR