Bank Of Baku

“Qalatasaray” UEFA kubokunda 1/8 final mərhələsinə çıxmaq şansı qazanıb

“Qalatasaray” UEFA kubokunda 1/8 final mərhələsinə çıxmaq şansı qazanıb
# 19 fevral 2009 08:36 (UTC +04:00)
Bakı – APA. İki aylıq fasilədən sonra UEFA kubokunda 1/16 final mərhələsinin ilk görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Qalatasaray” klubu Fransada “Bordo”nun qonağı olub. Səfərdən 0:0 hesablı nəticə ilə dönən İstanbul təmsilçisi növbəti mərhələyə çıxmaq üçün yaxşı şans əldə edib.

“Dinamo” (Kiyev, Ukrayna) - “Valensiya” (İspaniya) - 1:1
Qollar: Milevski, 62 - Silva, 9.

“Zenit” (Rusiya) - “Ştutqart” (Almaniya) - 2:1
Qollar: Huszt, 2; Timoşuk, 45 – Qomeş, 14


“Olimpiakos” (Yunanıstan) - “Sent Etyen” (Fransa) - 1:3
Qollar: Corceviç, 64 (penaltiylə) - İlan, 12; Dernis, 43; Qomis, 91

“Aston Villa” (İngiltərə) - MOİK (Moskva, Rusiya) - 1:1
Qollar: Con Karyu, 69 - Vaqner Lav,13

“Verder” (Almaniya) - “Milan” (İtaliya) - 1:1
Qollar: Dieqo, 84 - Filippo İnzagi,36

“Bordo” (Fransa) - “Qalatasaray” (Türkiyə) - 0:0

NEK (Hollandiya) - “Hamburq” (Almaniya) - 0:3
Qollar: Traxovski, 41; Silva, 44; Oliç,75

PSJ (Fransa) - “Volfsburq” (Almaniya) - 2:0
Qollar: Koarau,80; 85

“Sampdoriya” (İtaliya) - “Metallist” (Ukrayna) - 0:1
Qol: Oleynik, 45

“Olborq” (Danimarka) - “Deportivo” (İspaniya) - 3:0
Qollar: Due,54; 72; Yakobsen,90 (penaltiylə)

“Braqa” (Portuqaliya) - “Standard” (Belçika) - 3:0
Qollar: Renteria, 17; Leone, 26; Aquair,84


Bu gün isə turnirdə daha beş oyun baş tutacaq.

“Kopenhagen” (Danimarka) - “Mançester Siti” (İngiltərə)

“Lex” (Polşa) - “Udineze” (İtaliya)

“Fiorentina” (İtaliya) - “Ayaks” (Hollandiya)

“Marsel” (Fransa) - “Tvente” (Hollandiya)

“Şaxtyor” (Ukrayna) - “Tottenhem” (İngiltərə)

1/16 final mərhələsinin cavab görüşlərinin hamısı fevralın 26-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR