Bank Of Baku

Azərbaycan Əlillər Futbolu Federasiyasına seçkilər keçiriləcək

Azərbaycan Əlillər Futbolu Federasiyasına seçkilər keçiriləcək
# 24 fevral 2009 08:20 (UTC +04:00)
Bakı – APA. Fevralın 27-də Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) növbədənkənar hesabat-seçki konfransı keçiriləcək. Bu haqda AƏFF mətbuat xidmətindən məlumat verilib.

Yığıncağın gündəliyində 3 məsələ durur. Öncə qurum rəsmilərinin hesabatı dinləniləcək. Ardından federasiyanın prezidenti, vitse-prezidentləri seçiləcək. Nəhayət, sonda 7 nəfərdən ibarət İcraiyyə Komitəsinin üzvləri də bilinəcək. Hesabat-seçki konfransı Paralimpiya İdman Kompleksinin akt zalında keçiriləcək.

Qeyd edək ki, hazırda AƏFF-in prezidenti Afiq Süleymanovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR