Bank Of Baku

Vladislav Qədirov “Muğan” klubunun baş məşqçisi postundan istefa verdi

Vladislav Qədirov “Muğan” klubunun baş məşqçisi postundan istefa verdi
# 25 fevral 2009 10:23 (UTC +04:00)
Bakı – APA. Salyanın “Muğan” klubunun baş məşqçisi Vladislav Qədirov istefa verib. Apasport.az saytının məlumatına görə, 39 yaşlı mütəxəssis cari mövsümün startından çalışdığı komandadan ayrılıb. Buna əyalət təmsilçisinin qeyri-qənaətbəxş nəticələri səbəb olub.

Belə ki, çempionatın 15 turundan sonra hesabında cəmi 5 xal olan “Muğan” turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. Qədirov Premyer Liqanın ikinci dövrəsinin ilk iki oyununda xal qazana bilmədiyindən sonra istefa vermək qərarına gəlib.

Qeyd edək ki, Qədirov Azərbaycan Premyer Liqasının cari mövsüm istefaya göndərilən 6-cı baş məşqçidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR