Bank Of Baku

“Qalatasaray” UEFA kubokunda 1/8 final mərhələsinə yüksəlib

“Qalatasaray” UEFA kubokunda 1/8 final mərhələsinə yüksəlib
# 27 fevral 2009 07:57 (UTC +04:00)
Bakı – APA. UEFA kubokunun 1/16 final mərhələsində keçirilən cavab oyunlarından sonra mübarizəni davam etdirən komandalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İstanbulda “Bordo” üzərində inamlı qələbə qazanan Türkiyə təmsilçisi “Qalatasaray”la yanaşı, MOİK, “Metallist”, “Hamburq”, “Marsel”, PSJ, “Verder”, “Ayaks”, “Mançester Siti”, “Braqa”, “Udineze”, “Zenit”, “Sent Etyen”, “Şaxtyor”, “Olborq” və Kiyev “Dinamo”su növbəti mərhələyə yüksəliblər.

Türkiyəlilərin 1/8 finalda rəqibi “Hamburq” olacaq.

1. “Volsfburq” (Almaniya) – PSJ (Fransa) - 1:3
İlk oyun – 0:2
QOLLAR Hasebe, 64 - Lyundila, 39 (penaltiylə); 74; Roten, 61

2. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka) - 2:1
İlk oyun – 2:2
QOLLARBellami, 73; 80 - Vingaard, 93

3. “Hamburq” (Almaniya) – NEK (Hollandiya) - 1:0
İlk oyun – 3:0
QOL Oliç, 9

4. “Metallist” (Ukrayna) – “Sampdoriya” (İtaliya) - 2:0
İlk oyun – 1:0
QOLLAR Valyayev, 31; Coehlo, 41

5. “Standard” (Belçika) – “Braqa” (Portuqaliya) - 1:1
İlk oyun – 0:3
QOLLAR Mbokani, 79 - Luis Aguiar, 88

6. MOİK (Rusiya) – “Aston Villa” (İngiltərə) - 2:0
İlk oyun – 1:1
QOLLAR Jirkov, 61; Vaqner Lav, 90

7. “Udineze” (İtaliya) – “Lex” (Polşa) - 2:1
İlk oyun – 2:2
QOLLAR Pepe, 57; Di Natali, 90 - Rengifo, 12

8. “Sent Etyen” (Fransa) – “Olimpiakos” (Yunanıstan) - 2:1
İlk oyun – 3:1
QOLLAR Paye, 44; İlan, 57 - Oskar, 75

9. “Ayaks” (Hollandiya) – “Fiorentina” (İtaliya) - 1:1
İlk oyun – 1:0
QOL Leandro, 88 - Cilardinyo, 62

10. “Deportivo” (İspaniya) – “Olborq” (Danimarka) - 1:3
İlk oyun – 0:3
QOLLAR Serxio, 38 - Şelton, 42; Yohansson, 44; Enevoldsen,45

11. “Milan” (İtaliya) – “Verder” (Almaniya) - 2:2
İlk oyun – 1:1
QOLLAR Pirlo, 26 (penaltiylə); Pato, 33 - Pizarro, 68; 78

12. “Qalatasaray” (Türkiyə) – “Bordo” (Fransa) - 4:3
İlk oyun – 0:0
QOLLAR Arda Turan, 43; 65; Harri Kyuell, 45; Sabri Sarıoğlu, 90 - Bellion, 1; Kavenagi, 74; Camak, 76

13. “Valensiya” (İspaniya) – “Dinamo” (Ukrayna) - 2:2
İlk oyun – 1:1
QOLLAR Marçena, 45; Del Horno, 53 - Kravets, 34; 73

14. “Ştutqart” (Almaniya) – “Zenit” (Rusiya) - 1:2
İlk oyun – 1:2
QOLLAR Gebhart, 80 - Semşov, 43; Fayzullin, 86

15. “Tvente” (Hollandiya) - “Marsel” (Fransa) - 0:1 (6:7 - penaltilərlə)
İlk oyun – 1:0
QOL Ben Arfa, 25

16. “Tottenhem” (İngiltərə) – “Şaxtyor” (Ukrayna) - 1:1
İlk oyun – 0:2
QOLLAR Covanni Dos Santos, 56 - Fernandinyo, 87

1/8 final mərhələsinin oyunları martın 12-də və 18-19-da keçiriləcək. Həmin mərhələdə görüşəcək:

11-ci cütün - 8-ci cütün qalibi
6-cı cütün qalibi - 16-cı cütün qalibi
7-ci cütün qalibi – 14-cü cütün qalibi
1-ci cütün qalibi – 5-ci cütün qalibi
13-cü cütün qalibi – 4-cü cütün qalibi
2-ci cütün qalibi – 10-cu cütün qalibi
15-ci cütün qalibi – 9-cu cütün qalibi
3-cü cütün qalibi – 12-ci cütün qalibi
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR