Bank Of Baku

Avstriya milli komandasının baş məşqçi istefaya göndərilib

Avstriya milli komandasının baş məşqçi istefaya göndərilib
# 03 mart 2009 07:59 (UTC +04:00)
Bakı – APA Çexiyalı mütəxəssis Karel Brükner Avstriya milli komandasının baş məşqçi postundan uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Avstriya Futbol Federasiyası 70 yaşlı məşqçi ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Bu qərar Brüknerin federasiyanın prezidenti Leo Vindtnerlə söhbəti zamanı qəbul olunub. Vindtner buna qədər bəyan etmişdi ki, yığmanın çalışdırıcısı cari seçmə mərhələ çərçivəsində Rumıniya ilə qarşıdakı görüşdə uduzacağı halda, işindən azad olunacaq. Ancaq tərəflər matçı gözləməməyi qərara alaraq, yollarını ayırıblar. Avstriya millisi Brüknerin rəhbərliyi altında cari seçmə mərhələdə keçirdiyi dörd oyunda dörd xal toplayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR