Bank Of Baku

Azərbaycan milli komandası “Ayntraxt” klubuna məğlub olub

Azərbaycan milli komandası “Ayntraxt” klubuna məğlub olub
# 04 mart 2009 07:39 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın futbol üzrə milli komandası növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının Rusiya ilə martın 28-də keçiriləcək seçmə oyununa Almaniyada hazırlaşan yığmamız yerli “Ayntraxt” klubu ilə qarşılaşıb.

Frankfurt şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan bu matç Bundesliqa təmsilçisinin minimal hesablı qələbəsi ilə nəticələnib – 1:0. Görüş şəhərin əsas stadionu olan “Kommersbank Arena”dan o qədər də uzaq olmayan süni örtüklü meydançaların birində keçirilib.

Qeyd edək ki, Frankfurtda hazırlıq keçən Azərbaycan yığması “Kempinski”otelində məskunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR