Bank Of Baku

Mübariz Mənsimov Roman Abramoviçin maşınını 600 min avroya alıb

Mübariz Mənsimov Roman Abramoviçin maşınını 600 min avroya alıb
# 07 mart 2009 11:45 (UTC +04:00)
Bakı – APA. “Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov yeni avtomobil alıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, o, yeni maşını almaq üçün 600 min avro xərcə düşüb. Həmin maşın əvvəllər rusiyalı iş adamı, “Çelsi” klubunun prezidenti Roman Abromoviçə məxsus olub.
“Gumpert Apollo Sport” markalı xüsusi maşın tamamilə əl işidir. Maşın həvəskarı kimi tanınan Mənsimovun qarajında, həmçinin “Aston Martin Vanquish”, “Mercedes Maybach” və iki milyon avroluq “Rolls Royce Phantom” da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR