Bank Of Baku

“Çelsi”, “Liverpul”, “Vilyareal” və “Bavariya” Çempionlar Liqasında ¼ finala yüksəliblər

“Çelsi”, “Liverpul”, “Vilyareal” və “Bavariya” Çempionlar Liqasında ¼ finala yüksəliblər
# 11 mart 2009 08:30 (UTC +04:00)
Bakı – APA. UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan dörd görüşdə qapılara üst-üstə 19 top vurulub ki, bunların 14-də meydan sahibləri, 5-də qonaqlar sevinib.

Gecənin ən məhsuldar qarşılaşması Münhendə yerli “Bavariya” və “Sportinq” klubları arasında oynanılıb. Portuqaliyadakı ilk matçda rəqibin qapısından beş cavabsız top keçirən almanlar bu dəfə daha amansız olublar.

Liverpulda baş tutan “Liverpul” – “Real” görüşü isə gözlənilməz hesabla başa çatıb. Belə ki, ingilislər iki həftə əvvəl minimal hesabla üstələdiyi “Kral klubu”nu darmadağın ediblər.

“Liverpul”dan fərqli, digər Britaniya təmsilçisi “Çelsi” cavab matçında da qələbə qazana bilməsə belə, Turində əldə etdiyi heç-heçə sayəsində “Yuventus”u mübarizədən kənarlaşdırıb.

İlk oyunda öz meydanında “Panatinaikos”un müqaviməti ilə üzləşən “Vilyareal”a gəlincə, ispanlar səfərdə 2:1 hesablı qələbə qazanıblar.

Beləliklə, ¼ finala yüksələn ilk komandalar bəlli olub. Bunlar “Çelsi”, “Liverpul”, “Vilyareal” və “Bavariya” klublarıdır.

10 mart

“Liverpul” (İngiltərə)
– “Real” (Madrid, İspaniya) - 4:0
Baş hakim: Frank de Blekere (Belçika)
İlk oyun – 1:0
Qollar: Torres, 16; Cerard, 28; 47; Dossena, 88

“Yuventus” (İtaliya) – “Çelsi” (İngiltərə) - 2:2
Baş hakim: Undiano Malyenko (İspaniya)
İlk oyun – 0:1
Qollar: İaquinta, 20; Del Pyero, 74 (penaltiylə) - Essyen, 45; Droqba, 83

“Bavariya” (Almaniya) – “Sportinq” (Portuqaliya) - 7:1
Baş hakim: Martin Hansson (İsveç)
İlk oyun – 5:0
Qollar: Podolski, 7; 34; Polqa,39, Şvaynştayger, 43; Bommel, 74; Kloze, 82; Müller, 90 - Santos Moutinyo, 42

“Panatinaikos” (Yunanıstan) – “Vilyarreal” (İspaniya) - 1:2
Baş hakim: Massimo Buzakka (İsveçrə)
İlk oyun – 1:1
Qollar: Mantzios, 55 - İbagaza, 49; Llorente, 71

Bu gün 1/8 final mərhələsinin daha dörd görüşü keçiriləcək

11 mart

“Mançester Yunayted” (İngiltərə) – “İnter” (İtaliya)
Baş hakim: Volfqanq Ştark (Almaniya)
İlk oyun – 0:0

“Roma” (İtaliya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Mexuto Qonzalea (İspaniya)
İlk oyun – 0:1

“Barselona” (İspaniya) – “Lion” (Fransa)
Baş hakim: Tom Henninq Ovrebo (Norveç)
İlk oyun – 1:1

“Porto” (Portuqaliya) – “Atletiko” (İspaniya)
Baş hakim: Peter Vink (Hollandiya)
İlk oyun – 2:2
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR