Bank Of Baku

AFFA Babək Quliyevlə Anar Niyazovu rəsmən hakimlikdən kənarlaşdırdı

AFFA Babək Quliyevlə Anar Niyazovu rəsmən hakimlikdən kənarlaşdırdı
# 16 mart 2009 07:38 (UTC +04:00)
Bakı – APA. Babək Quliyevlə Anar Niyazovun hakimlikdən uzaqlaşdırılması rəsmiləşib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Peşəkar Futbol Liqasının və Hakimlər Komitəsinin referilərlə bağlı apardığı araşdırmalar sona çatıb. Bu araşdırmaların nəticəsini əsas götürərək, Hakimlər Komitəsinin “Nizam-İntizam Kodeksi”nin 1-ci maddəsinin “h” bəndinə uyğun olaraq, Quliyevlə Niyazov hakim adına xələl gətirən nöqsanlara yol verdikləri üçün bütün yarışlardan uzaqlaşdırılıblar.

Qeyd edək ki, Quliyev futbol, Niyazov isə futzal üzrə FİFA referisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR