Bank Of Baku

Azərbaycan yığmasının futbolçusu Çin çempionu ilə müqavilə bağladı

Azərbaycan yığmasının futbolçusu Çin çempionu ilə müqavilə bağladı
# 19 mart 2009 10:03 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçin karyerasını Çində davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu “Çanqçun Yatay” klubu ilə bir illik müqavilə imzalayıb.

Subaşiçin yeni komandası iki il əvvəl ölkə çempionatının qızıl medallarını qazanıb. Hazırda Çində olan futbolçu son yarım ili keçirdiyi “Srvena Zvezda” (Belqrad) tərəfindən transferə çıxarıldıqdan sonra bu ölkəyə yollanmışdı.

Qeyd edək ki, Subaşiç milli komandamızın Çində çıxış edəcək ilk futbolçusu kimi tarixə düşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR