Bank Of Baku

“Liderfarm” əczaçılıq şirkətləri arasında mini-futbol turnirinin qalibi olub

“Liderfarm” əczaçılıq şirkətləri arasında mini-futbol turnirinin qalibi olub
# 19 mart 2009 12:08 (UTC +04:00)
Bakı-APA. “Norma Plus” kompaniyası əczaçılıq şirkətləri arasında Novruz bayramı ilə əlaqədar mini-futbol turniri təşkil edib. Bu barədə APA-ya “Liderfarm” şirkətindən məlumat verilib. Bir çox şirkətlərin dəvət olunmasına baxmayaraq, bu turnirdə əczaçılıq şirkətlərini 6 komanda təmsil edib. Olimpiya prinsipi ilə keçirilən bu turnirin qalibi “Liderfarm” şirkətinin yığma komandası olub. “İbn Sina” şirkətinin komandası ilə çətin idman mübarizəsi şəraitində keçən final oyununda “Liderfarm” şirkətinin komandası 2:0 qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR