Bank Of Baku

İqor Akinfeyev: “Azərbaycan milli komandası təhlükəli rəqibdir”

İqor Akinfeyev: “Azərbaycan milli komandası təhlükəli rəqibdir”
# 28 mart 2009 09:05 (UTC +04:00)
Bakı – APA. “Azərbaycan yığmasının Uelslə səfər oyununu yaxşı xatırlayıram. Həmin matçda hesab uzun müddət açılmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının qapıçısı İqor Akinfeyev deyib.

Bu gün Azərbaycan yığması ilə görüşəcək şimallıların futbolçusu bildirib ki, rəqib təhlükəlidir: “Azərbaycan çox dəqiq müdafiə olunurdu. İmkan düşdükcə, sürətli əks-hücumlar da təşkil edirdilər. Sadəcə, bir az bəxtləri gətirmədi. Hakim də penalti təyin etdi. Minimal hesablı nəticənin özü də göstərir ki, Azərbaycan Kardiffdə pis futbol oynamayıb. Bununla da sübut edib ki, bütün rəqiblər təhlükəlidir və arxayınlaşmaq olmaz. Həm də bir məqamı unutmayaq ki, keçmiş SSRİ təmsilçiləri var gücünü qoymaqla, bir vaxtlar “böyük qardaşı” olan rəqibini məğlub etməyə çalışır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR