Bank Of Baku

Rusiya-Azərbaycan: 2-0

Rusiya-Azərbaycan: 2-0
# 28 mart 2009 20:25 (UTC +04:00)
Azərbaycan millisi oyunu 2:0 hesablı məğlubiyyətlə başa vurub.

Belə ki, oyunun 32-ci dəqiqəsində Rusiya millisinin oyunçusu Roman Pavlyuçenkonun təxminən 25 metrdən vurduğu zərbə ilə hesab açılıb. Oyunun 71-ci dəqiqəsində isə Konstantin Zıryanovun Berti Foqtusun yetirmələrinin qapısından keçirdiyi ikinci qolla hesab 2:0-a çatıb.

Oyun bu hesabla da yekunlaşıb.

Qeyd edək ki, oyunun baş hakimi belçikalı Serj Qyumenni olub.

Rusiya komandasının baş məşqçisi Qus Hiddink, əsas heyətində İqor Akinfeyev, Sergey Iqnaşeviç, Aleksandr Anyukov, Vasili Berezutski, İqor Denisov, Yuri Jirkov, Sergey Semak, .İqor Semşov, Konstantin Zıryanov, Andrey Arşavin, Roman Pavlyuçenko oynayıb.

Ehtiyat oyunçular isə Vladimir Qabulov, Aleksey Berezutski, Diniyar Bilyatdinov, İvan Saenko, Alan Dzaqoyev, Dmitri Sıçov, Pavel Poqrebnyak olub.

Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsdur. Əsas heyətdə Fərhad Vəliyev, Cəmşid Məhərrəmov, Rəşad Sadıqov, Saşa Yunusoğlu, Rail Məlilov, .Mahir Şükürov, Samir Abbasov, .Elmar Baxşıyev, Vüqar Nadirov, Fabio Luis Ramim, Branimir Subaşiç oynayıb.

Ehtiyat oyunçular isə Rauf Mehdiyev, Rahid Əmirquliyev, Ernani Pereyra, Vaqif Cavadov, Aqil Nəbiyev, Leandro Qomeş, Cavid Hüseynov olub.

Xatırladaq ki, apasport.az saytı interbnet istifadəçiləri üçün oyunu “Lujniki” stadionundan on-line şərh edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR