Bank Of Baku

Berti Foqts Azərbaycana qayıtmayıb

Berti Foqts Azərbaycana qayıtmayıb
# 29 mart 2009 08:43 (UTC +04:00)
Bakı – APA. Dünya çempionatının seçmə mərhələsində Rusiya yığması ilə qarşılaşan Azərbaycan milli komandası vətənə dönüb. Apasport.az saytının məlumatına görə, komandamız vətənə tam heyətlə qayıtmayıb. Belə ki, martın 26-da oyunun keçirildiyi Moskva şəhərinə yollanan heyətdən iki nəfər – baş məşqçi Berti Foqts və Branimir Subaşiç geri dönməyib. 63 yaşlı mütəxəssis vətəni Almaniyaya yollanıbsa, 27 yaşlı hücumçu yeni müqavilə bağladığı “Çanqçun Yatay”ın düşərgəsinə getmək üçün Çinə üz tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR