Bank Of Baku

Milli komandanın oyununda 19 azarkeş öldü

Milli komandanın oyununda 19 azarkeş öldü
# 30 mart 2009 10:22 (UTC +04:00)
Bakı – APA. Kot d’İvurda futbol matçı zamanı faciə baş verib. Apasport.az saytının məlumatına görə, paytaxt Abicanda bu ölkənin milli komandası ilə Malavi arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən görüşdə 19 nəfər həlak olub.

Əvvəl stadionda qarışıqlıq baş verdiyi haqda məlumat verilsə də, sonradan ölənlərin olduğu dəqiqləşdirilib. İlkin məlumatlara görə, çaxnaşma, basabas stadionun divarı uçandan sonra baş verib. Oyunu 50 minə yaxın azarkeş izləməyə gəlibmiş. Bəzi şahidlər iddia edir ki, polis kütləni saxlamaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, rəsmi oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR