Bank Of Baku

İldə ən çox qazanan futbolçuların siyahısı açıqlanıb

İldə ən çox qazanan futbolçuların siyahısı açıqlanıb
# 31 mart 2009 09:46 (UTC +04:00)
Bakı – APA. İngiltərə yığmasının üzvü Devid Bekhem dünyanın ən yüksək ödənişli futbolçusudur. Apasport.az saytının məlumatına görə, məşhur “France Football” jurnalı futbolçuların əmək haqları ilə bağlı apardığı araşdırmaların nəticələrini açıqlayıb.

Fransalı həmkarlarımız “Milan”da forma geyinən yarımmüdafiəçinin ildə 32,4 milyon avro aldığını müəyyənləşdirib. Maraqlıdır ki, Bekhem ötən il dünyanın ən yaxşısı seçilən Kriştiano Ronaldodan təxminən iki dəfə qiymətli oyunçudur.

“France Football”ın açıqladığı ilk “onluq”da cəmi 5 klubun oyunçuları yer alıb. İtaliyanın “Milan” klubunun daha çox - 3 futbolçu ilə təmsil olunduğu siyahıda “Barselona” (İspaniya), “Çelsi”, “Mançester Yunayted” (hər ikisi İngiltərə) hərəyə 2, “İnter” (İtaliya) isə 1 futbolçusu yer alıb.

1. Devid Bekhem (“Milan”) — 32,4 milyon avro
2. Lionel Messi (“Barselona”) — 28,6
3. Ronaldinyo (“Milan”) — 19,6
4. Kriştianu Ronaldo (“Mançester Yunayted”) — 18,3
5. Tyeri Anri (“Barselona”) — 17
6. Kaka (“Milan”) — 15,1
7. Zlatan İbrahimoviç (“İnter”) — 14
8. Ueyn Runi (“Mançester Yunayted”) — 13,5
9. Frenk Lempard (“Çelsi”) — 13
10. Con Terri (“Çelsi”) — 11,7
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR