Berti Foqtsun Azərbaycan milli komandasına baş məşqçi təyin olunmasından 1 il ötür
AFFA rəhbərliyi Berti Foqtsu 400-dək namizəd arasından seçib. Həmin namizədlər arasında Ektor Kuper, Lui Van Qal, Jak Santini, Bora Milutinoviç, Artur Jorje, Jak Santini, Rudi Föller, Hörnst Köpkel, Filipp Trussye kimi məşhur mütəxəssislərin adları olub.
Foqts indiyədək ölkəmizdə işləyən ən titullu məşqçidir. O, hətta 2004-05-ci illərdə yığmamızı çalışdırmış braziliyalı dünya çempionu Karlos Alberto Torresdən də məşhurdur. Çünki Torresdən fərqli, almaniyalının titulları təkcə futbolçu karyerasında əldə etdiyi dünya çempionluğu (1974-cü ildə) ilə bitmir. Foqts həm də baş məşqçi qismində 13 il öncə Almaniya milli komandasına Avropa çempionu titulunu qazandırıb.
Bir il ərzində Foqts Azərbaycan yığmasını 12 rəsmi oyuna çıxarıb. Bunlardan 4-ü dünya çempionatının seçmə mərhələsində, 8-i isə yoldaşlıq görüşləri çərçivəsində baş tutub. Foqtslu milli komandamızın balansı mənfidir: 2 qələbə, 5 heç-heçə, 5 məğlubiyyət. Topların fərqi 8:12-dir. Həmçinin, milli komandamız son 1 ildə Avropanın iki klubu ilə qeyri-rəsmi matç keçirib və nəticə sevindirici olmayıb. Yığmamız “Slaviya”ya (Çexiya) 0:2, “Ayntraxt”a (Almaniya) isə 0:1 hesabı ilə uduzub.
Berti Foqts arxada qalan 1 il ərzində Azərbaycanda bir sıra yeniliklərlə yadda qalıb. İlk dəfə onun təşəbbüsü ilə futbolçularımız xüsusi aparatlar vasitəsilə fiziki testlərdən, eləcə də xaricdə tibbi müayinədən keçiblər. O, ölkəmizə gəldiyi ilk gündən cavanlaşdırma siyasəti apardığı üçün indi veteran futbolçularımızın əksəriyyəti milli komandadan kənarda qalıb. Məhz onun dövründə Azərbaycan yığması müdafiədə sabit oyun nümayiş etdirməyə başlayıb. Rusiya və “Slaviya” ilə görüşlər istisna olmaqla, milli komandamız hər oyunda qapısından ən pis halda 1 qol buraxıb. Böyükhesablı məğlubiyyət isə ümumiyyətlə qeydə alınmayıb.
Bununla yanaşı, xoşagəlməz məqamlar da mövcuddur. Yığmamız dünya çempionatının seçmə mərhələsində hələ də qol vura bilməyib. Təbii ki, belə “dişsiz”liyin səbəbi seçmə matçlarda Foqtsun əsasən müdafiəyə üstünlük verməsi ilə əlaqədardır. Güclü rəqiblərlə oyunda ələ düşən 1-2 əlverişli qol epizodunu reallaşdırmağa isə hələ də futbolçularımızın ustalığı çatmır. 63 yaşlı məşqçi bu istiqamətdə çox çalışır. O, oyunçuların həftədə məşq saatlarını 8-dən 15-ə qaldırılmasının vacibliyini dəfələrlə vurğulayıb. Son vaxtlar ayda 2-3 dəfə təşkil olunan təlim-məşq toplanışları elə bu məqsədlə həyata keçirilir. Fakt budur ki, Azərbaycan Rusiya ilə görüşə 3 müxtəlif şəhərdə - Bakı, Dubay və Frankfurtda hazırlaşmışdı. İndiyədək futbol tariximizdə bunun analoqu yoxdur.
Foqts yığmamızın uğur qazanacağının asan olmayacağını gizlətmir. Əksinə, o, milli komandamızın Avropa səviyyəsinə yüksəlməsi üçün 3-4 il vaxt lazım olduğunu dəfələrlə bildirib.
Foqtsun azərbaycanlı jurnalistlərlə münasibəti isə təəssüf ki, hələ də arzulanan səviyyəyədək inkişaf etməyib. Düzdür, bu baxımdan onda müsbətə doğru irəliləyiş nəzərə çarpır. Halbuki, baş məşqçiliyinin ilk dövrlərində o, mətbuat nümayəndələrinə laqeyd yanaşır, onların suallarını həvəssiz cavablayır, tez-tez mübahisəyə girişirdi. Yəqin ki, bu, almaniyalının əvvəl işlədiyi ölkədə - Nigeriyada media mənsubları ilə qalmaqalından irəli gəlirdi. Nigeriyada ona açıq-aşkar nifrət edirdilər. İndi isə Foqtsla bizim jurnalistlər arasındakı münasibət qismən yaxşılaşıb. Hər şeyin – həm Foqts-KİV münasibətlərinin ideallaşması, həm də milli komandamızın nailiyyətlər qazanmasından ötrü bəlkə də zamana ehtiyac var. Bəlkə də...
Berti Foqtsun rəhbərliyi altında milli komandamızın keçirdiyi rəsmi oyunlar:
Bosniya - Azərbaycan - 1:0
Andorra - Azərbaycan - 1:2
İslandiya - Azərbaycan - 1:1
İran - Azərbaycan - 1:0
Uels - Azərbaycan - 1:0
Azərbaycan - Lixtenşteyn - 0:0
Finlandiya - Azərbaycan - 1:0
Bəhreyn - Azərbaycan - 1:2
Azərbaycan - Albaniya - 1:1
Azərbaycan - Özbəkistan - 1:1
Küveyt - Azərbaycan - 1:1
Rusiya - Azərbaycan - 2:0
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
İcraçı direktor: COP30-da beşillik fəaliyyət planı üzrə razılıq eldə edilib
“AzerGold” Söyüdlü qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib - FOTO - VİDEO
BMT nümayəndəsi: İqlimin sərhədi yoxdur, çətin siyasi parçalanmalar şəraitində həmrəylik nümayiş etdirməliyik
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB
Direktor: Azərbaycanın COP29-a ev sahibliyi iqlim diplomatiyasının inkişafına mühüm töhfə verib
BMT nümayəndəsi: COP29 çərçivəsində 25 BMT agentliyi toplanıb və təşəbbüslərin çoxu icra mərhələsindədir
Nazir müavini: Azərbaycan bərpa olunan enerji sahəsində regional liderdir
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolunun tam istifadəyə verilməsi Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığının yaxşı nümunəsidir
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
“AzRe”nin uzunmüddətli rəhbər şəxslərindən biri şirkətdən ayrılıb
Rusiya ilə Şimali Koreya arasında avtomobil körpüsü istifadəyə verilib
Kabardin-Balkariyada qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB
Saymon Stil: Azərbaycan COP29-da iqlim maliyyələşdirilməsi üzrə razılaşmaya nail olunmasına kömək etdi
Baş direktor: Azərbaycan 2027-ci ilədək 2 QVt yaşıl enerji layihəsi reallaşdırmaq niyyətindədir
8 ayda dövlət büdcəsindən 224,2 mln. manat geri qaytarılıb
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək
IRENA: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında bazarları birləşdirən regional mərkəzə çevrilmək imkanına malikdir
Şabranda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib
Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi başa çatdırılıb
Gəncədə 72 yaşlı qadını avtomobil vuraraq öldürüb
Samed Ağırbaş: COP31 komandası olaraq Azərbaycanın COP29 sədrliyindən çox şey öyrənmişik
Zavodun özəlləşdirilməsi və alqı-satqılarla bağlı külli miqdarda dələduzluqda ittiham edilən şəxs həbs olunub
Fatma Varank: Bakı iqlim gündəmi Türkiyə üçün möhkəm zəmin formalaşdırıb
Bakıda maşın aşıb, bir nəfər ölüb
COP30-un icraçı direktoru Bakı İqlim Həftəsinə ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
GECF: Azərbaycan Avrasiyada səmt qazının əsas mənbələrindən biridir
Azərbaycanda kənd təsərrüfatında subsidiya veriləcək yeni sahələr açıqlanıb
Fermerlər əkin subsidiyasının 30 faizini avans ala biləcəklər
Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA
Nazir müavini: Antalya əldə edilmiş kompromislərin yenidən müzakirə edildiyi yerə çevrilməməlidir
“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək
Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
Yalçın Rəfiyev: COP29 göstərdi ki, mövqelər uzlaşmaz göründüyü zaman belə diplomatiya nəticə verə bilər
Nazir: Əsas məqsədlərimizdən biri yaşıl enerjini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana yönəltməkdir
Şəmkirdə tanışını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub
Azərbaycanda uzunmüddətli aşağı emissiyalı inkişaf strategiyası hazırlanır
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib
Bakının artan enerji tələbatı üçün yeni güc mərkəzi inşa edilir
Nigar Arpadarai: Bakı İqlim Həftəsində karbon emissiyalarının azaldılması və digər mühüm iqlim mövzuları müzakirə olunacaq
Rusiya qüvvələri ötən gecə 306 Ukrayna PUA-sını vurub
Yeni tədris ili ərəfəsində məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib - BİRGƏ MƏLUMAT
Göyçayda 3 aylıq körpə pilləkəndən yıxılaraq ölüb
Gəncədə zəncirvari qəza olub, 3 nəfər xəsarət alıb
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçirilir - FOTO
Dehlidə yataqxana binasının uçması nəticəsində azı 6 nəfər ölüb- VİDEO - YENİLƏNİB
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb
Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edə bilər
Bu günün valyuta məzənnələri