Berti Foqts - 1 il: Kim razıdır, kim narazı? - SORĞU
1. Almaniyalı mütəxəssis Berti Foqtsun Azərbaycan milli komandasındakı fəaliyyətinin bir ili tamam olur. Bu müddəti necə dəyərləndirirsiniz?
2. Foqtsun başçılıq etdiyi yığmada sizi razı və narazı salan nədir?
3. Səviyyəli futbolçu qıtlığından əziyyət çəkən milli komandamızın səviyyəli baş məşqçisi var. Belə vəziyyətdə gələcəyə nikbin baxmaq olarmı?
Qyoko Hacıyevski, Azərbaycan Premyer Liqasının lideri olan “Bakı” klubunun baş məşqçisi, Berti Foqtsun yığmadakı sələfi
1. Bu haqda nəsə demək istəmirəm. Göz qabağında olan odur ki, nəticə baxımından uğur əldə olunmayıb.
2. Futbolçularda istək çoxdur. Oyunçuların belə həvəslə, əzmlə oynaması müsbət cəhətdir. Komanda üçün yaxşı şərait də yaradılıb. Texniki məsələlər də düzgün təşkil olunur. Amma nədənsə nəticə yoxdur.
3. Təbii ki, Azərbaycan yığmasının gələcəyinə nikbin baxmaq olar. Bunun üçün müəyyən potensial da var. Əlbəttə ki, hazırda yığmadan kənarda qalan futbolçuların xidmətindən yaralanmaqla nəsə etmək olar. Mahmud Qurbanov, Zaur Tağızadə və onlar kimi digərlərinin sayəsində milli komanda daha güclü ola bilər.
İqor Ponomaryov, Azərbaycan milli komandasının sabiq baş məşqçisi və rekordçusu, “Xəzər-Lənkəran” klubunun çalışdırıcısı
1. Komandaya yeni baş məşqçinin gəlməsi yeni ideyalar, yeni arzular deməkdir. Foqtsun da komanda ilə bağlı ideyaları, fikirləri var. Bir ilə əsasən onun işinə qiymət vermək çətindir. Görünür ki, o işləyir, çalışır, nəsə etmək əzmindədir. Foqtsa vaxt lazımdır ki, istədiklərini həyata keçirsin. Fərqli mentalitet, başqa oyun dəst-xəttini komandaya tətbiq etmək üçün zaman zəruridir. Arxada qalan bir ildə almaniyalı çalışıb. Qarşıdakı işində də ona uğurlar arzulayıram.
2. Bu suala cavab vermək çətindir. Məncə, biz bunu Foqtsdan yaxşı deyə bilmərik. Çünki o özü komandada nəyin qənaətbəxş, nəyin qeyri-qənaətbəxş olduğunu daha yaxşı bilir. Fikrimcə, gələcək fəaliyyəti zamanı nəyi dəyişəcəyini də müəyyənləşdirib.
3. Foqtsa vaxt lazımdır. Onun gələcəklə bağlı planı var ki, bunu keçirməsini gözləmək lazımdır. Məhz onda nəsə demək olar. Cəmi bir ildən sonra mütəxəssisdən nəticə və ya nəyin isə belə tezliklə dəyişməsini tələb etmək düzgün deyil. Foqtsa heç olmasa, bundan sonra üç il də vaxt verməliyik.
Valentin Xodukin, Azərbaycan çempionu olan Bakının “İnter” klubunun ukraynalı baş məşqçisi
1. Foqstun işlədiyi bu bir ildə milli komanda müdafiədə daha yaxşı oynamağa başladı. Futbolçular funksional vəzifələrini dəqiq yerinə yetirməyə çalışır. Hər halda, buna cəhd etmələri diqqət çəkir. Görünür ki, Foqts yığmada nəsə etmək istəyir. Alman mütəxəssis yığmada oyunla bağlı öz siyasətini qoyub və bunun həyata keçirilməsinə inadla çalışır. Ancaq bir ildə çox şeyə nail ola bilməzsən. Çünki vaxt azdır. Gənc futbolçularımız Elvin Məmmədovla Cavid Hüseynov da Foqtsun dövründə millidə debüt etdilər və indi də cəlb olunurlar.
2. Hazırda millidə əsas problem hücumda oyunun təşkilidir. Bu, ümumilikdə Azərbaycan futbolunun problemidir. Foqts hücumda problemi ona görə həll edə bilmir ki, əlinin altında material yoxdur. Yerli hücumçular lazımı səviyyədə deyil. Bu problem təkcə yığmada yox, Azərbaycan klublarında da diqqət çəkir. Diqqət yetirin, klublarınızın əksəriyyətində hücumçular legionerlərdir. Səviyyəli azərbaycanlı hücumçu qıtlığı var. Əslində, Avropa ölkələrində də yerli hücumçuların sayı yetərincə deyil. Milli komandanı yaratmaq binanı tikmək kimi bir şeydir. Binanın möhkəmliyi üçün onun kərpicləri düz olmalıdır, daha əyri-üyrü yox. Futbolçular da səviyyəcə bərabər olmalıdır. Təəssüf ki, bu planda vəziyyət ürəkaçan deyil, problemlər kifayət qədərdir.
3. Əslində, Foqstun milli komandada gələcək taleyini müəyyənləşdirmək AFFA rəhbərliyinin üzərinə düşür. Onlar bu mütəxəssislə əməkdaşlıqla davam etdirib-etdirməməyə qərar verməlidirlər. Bilirsiniz, heç bir iş boşuna getmir. İş görülürsə, bunun nəticəsi olacaq. Bunu nə vaxt olacağı artıq zamanın işidir. Hər şey dərhal alınmır. Toplantıların birində dedim ki, qarşıya qoyulan məqsədə çatmaq istəyiriksə, ilk növbədə az top fərqi ilə uduzmalıyıq. Azərbaycan yığması artıq buna nail olub və daha böyük hesabla uduzmur. Foqtsun dövründə bir, uzağı iki top buraxıb. Bundan sonrakı mərhələ autsayder üzərində qələbə qazanmaqdır. Daha sonra ona çalışmalıyıq ki, Almaniyaya uduzsaq da, ona qol vuraq. Özü də bunu səfərdə etmək lazımdır. Nəhayət, Almaniya ilə evdəki oyunda xal qazanmağa, ən pis halda heç-heçə etməyə çalışmalıyıq. Yəni, sözümün canı odur ki, milli inkişafa bütün bu prosesləri keçib, mərhələ-mərhələ nail olmalıdır.
Ağasəlim Mircavadov, Azərbaycan milli komandasının sabiq baş məşqçisi
1. Foqtsun işlədiyi son bir ildə ən çox yadımda qalan AFFA rəhbərliyinin milli komandamıza göstərdiyi xüsusi diqqət, güclü dəstək verməsi oldu. Açıq deyirəm ki, yığmamızda heç bir dövrdə belə olmamışdı. AFFA-nın milli komandaya belə münasibət göstərməsini alqışlayıram. Yığmaya nə cür istəyirlər, elə də şərait yaradıblar. Harada istəyir, təlim-məşq toplanışı keçirlər. Sağ olsunlar ki, ölkənin bir nömrəli komandası üçün belə işlər görürlər. 1993-95-ci illərdə millidə işlədiyim vaxtda maliyyə imkanı çox zəif idi. Foqtsun dövründə əsas fiziki hazırlığa fikir verilir. Bununla, Azərbaycan futboluna xas taktika itir. Bu isə çox acınacaqlı haldır. Elə 17 yaşlılardan ibarət yığma komandamızın almaniyalı baş məşqçisi Bernard Lippert də Lüksemburqda keçirilən Avropa çempionatının elit mərhələsindən sonra bildirib ki, futbolçularımız taktiki planda zəifdirlər, meydanda gec fikirləşirlər. Təqdirəlayiq hal odur ki, Foqts əvvəl-axır klubların baş məşqçiləri ilə görüşdü. Hər bir belə görüşdə yeni bir fikir ola bilər.
2. Yığmada yaxşılığa doğru dəyişikliklər olsa da, problemlər də çoxdur. Klubların əksərində legionerlər çoxluq təşkil edir. Elə komandalar var ki, heyətində 9-10 əcnəbi futbolçu meydana çıxır. Bu isə yerli futbolçuları arxa plana çəkir və nəticədə yığma geriləyir. İnkişaf üçün mütləq rəqabət olmalıdır. Kim güclüdürsə, o da oynamalı, yığmaya çağırılmalıdır. Bütün bunlar legioner limitinin ləğvinin nəticəsidir. Foqts buna görə həyəcan təbilini çalmalıdır. Legionerlərə müəyyən limitin qoyulması yerli futbolçuların səviyyəsinin qalxmasına, rəqabətin artmasına imkan yaradacaq. Klublar da milli üzvlərinə fikir verməlidirlər. Təəssüf ki, oyun planında da çatışmazlıqlar var. Lixtenşteyn – Rusiya oyununa televiziyadan izlədim. Açığı, Lixtenşteynin oyunu xoşuma gəldi. Bu yığma Rusiya ilə görüşdə futbol oynamağı bacardığını göstərdi. Qapıya zərbələr, rəqibi aldatmaq, yəni oyun vardı. İndi hamı oynayır.
3. Azərbaycan yığması ilə bağlı nikbinəm. Çünki oynaya bilən futbolçularımız var. Əgər bunu bacaran oynamırsa, deməli, nəsə başqa problem var. Klublar da bunun nədən ibarət olduğunu araşdırmalıdır. Yığmanın baş məşqçisinin klublarda çalışan həmkarları ilə görüşməsinin vacibliyini təsadüfən qeyd etmədim. Özü də belə görüşlər tez-tez olmalıdır. Bunun milliyə yalnız faydası dəyəcək. Foqtsun müqaviləsinin sonuna qədər işləməlidir. Bundan sonra onunla anlaşmanın uzadılıb-uzadılmamağına artıq AFFA rəhbərliyi qərar verməlidir. Məsləhət bu olardı ki, milli komandamıza yaşından asılı olmayaraq, layiqli futbolçular çağırılmalıdır. Bizdə gənc, sürətli, texnikalı futbolçular var. Yığmaya daimi 13-14 eyni futbolçular cəlb olunmalıdır. Güclü olan futbolçu millidə yer almalıdır.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
İcraçı direktor: COP30-da beşillik fəaliyyət planı üzrə razılıq eldə edilib
“AzerGold” Söyüdlü qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib - FOTO - VİDEO
BMT nümayəndəsi: İqlimin sərhədi yoxdur, çətin siyasi parçalanmalar şəraitində həmrəylik nümayiş etdirməliyik
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB
Direktor: Azərbaycanın COP29-a ev sahibliyi iqlim diplomatiyasının inkişafına mühüm töhfə verib
BMT nümayəndəsi: COP29 çərçivəsində 25 BMT agentliyi toplanıb və təşəbbüslərin çoxu icra mərhələsindədir
Nazir müavini: Azərbaycan bərpa olunan enerji sahəsində regional liderdir
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolunun tam istifadəyə verilməsi Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığının yaxşı nümunəsidir
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
“AzRe”nin uzunmüddətli rəhbər şəxslərindən biri şirkətdən ayrılıb
Rusiya ilə Şimali Koreya arasında avtomobil körpüsü istifadəyə verilib
Kabardin-Balkariyada qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB
Saymon Stil: Azərbaycan COP29-da iqlim maliyyələşdirilməsi üzrə razılaşmaya nail olunmasına kömək etdi
Baş direktor: Azərbaycan 2027-ci ilədək 2 QVt yaşıl enerji layihəsi reallaşdırmaq niyyətindədir
8 ayda dövlət büdcəsindən 224,2 mln. manat geri qaytarılıb
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək
IRENA: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında bazarları birləşdirən regional mərkəzə çevrilmək imkanına malikdir
Şabranda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib
Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi başa çatdırılıb
Gəncədə 72 yaşlı qadını avtomobil vuraraq öldürüb
Samed Ağırbaş: COP31 komandası olaraq Azərbaycanın COP29 sədrliyindən çox şey öyrənmişik
Zavodun özəlləşdirilməsi və alqı-satqılarla bağlı külli miqdarda dələduzluqda ittiham edilən şəxs həbs olunub
Fatma Varank: Bakı iqlim gündəmi Türkiyə üçün möhkəm zəmin formalaşdırıb
Bakıda maşın aşıb, bir nəfər ölüb
COP30-un icraçı direktoru Bakı İqlim Həftəsinə ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
GECF: Azərbaycan Avrasiyada səmt qazının əsas mənbələrindən biridir
Azərbaycanda kənd təsərrüfatında subsidiya veriləcək yeni sahələr açıqlanıb
Fermerlər əkin subsidiyasının 30 faizini avans ala biləcəklər
Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA
Nazir müavini: Antalya əldə edilmiş kompromislərin yenidən müzakirə edildiyi yerə çevrilməməlidir
“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək
Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
Yalçın Rəfiyev: COP29 göstərdi ki, mövqelər uzlaşmaz göründüyü zaman belə diplomatiya nəticə verə bilər
Nazir: Əsas məqsədlərimizdən biri yaşıl enerjini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana yönəltməkdir
Şəmkirdə tanışını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub
Azərbaycanda uzunmüddətli aşağı emissiyalı inkişaf strategiyası hazırlanır
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib
Bakının artan enerji tələbatı üçün yeni güc mərkəzi inşa edilir
Nigar Arpadarai: Bakı İqlim Həftəsində karbon emissiyalarının azaldılması və digər mühüm iqlim mövzuları müzakirə olunacaq
Rusiya qüvvələri ötən gecə 306 Ukrayna PUA-sını vurub
Yeni tədris ili ərəfəsində məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib - BİRGƏ MƏLUMAT
Göyçayda 3 aylıq körpə pilləkəndən yıxılaraq ölüb
Gəncədə zəncirvari qəza olub, 3 nəfər xəsarət alıb
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçirilir - FOTO
Dehlidə yataqxana binasının uçması nəticəsində azı 6 nəfər ölüb- VİDEO - YENİLƏNİB
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb
Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edə bilər
Bu günün valyuta məzənnələri