Bank Of Baku

Sabah UEFA kubokunun yarımfinalçıları məlum olacaq

Sabah UEFA kubokunun yarımfinalçıları məlum olacaq
# 15 aprel 2009 08:55 (UTC +04:00)
Bakı – APA. Sabah UEFA kubokunda ¼ final mərhələsinin cavab görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarımfinalçıların adları 4 müxtəlif ölkədə məlum olacaq.

Gələn ay İstanbulda “Şükrü Saracoğlu” stadionda keçiriləcək final oyununda Ukrayna və Almaniya təmsilçisinin görüşəcəyi gözlənilir. Hər halda, yarımfinal cütlərini bu ölkənin təmsilçilərinin təşkil edəcəyi daha real görünür. Söhbət “Şaxtyor” – Dinamo” və “Hamburq” – “Verder” cütlərindən gedir. Digər üç ölkənin təmsilçiləri olan Fransanın “Marsel”, İngiltərənin “Mançester Siti” və İtaliyanın “Udineze” klubları yarımfinala çıxmaq üçün səfərdə iki top fərqli məğlubiyyətin əvəzini çıxmalıdır. Fransanı paytaxtı Parisi təmsil edən PSJ-yə isə mərhələ adlamaq üçün Kiyevdəki oyunda qollu heç-heçə də kifayətdir.

“Marsel” (Fransa) – “Şaxtyor” (Ukrayna)
Baş hakim: Manuel Enrike Mexuto Qonsales (İspaniya)
İlk oyun – 0:2

“Dinamo” (Kiyev, Ukrayna) – PSJ (Fransa)
Baş hakim: Frank de Blekere (Belçika)
İlk oyun – 0:0

“Mançester Siti” (İngiltərə) – “Hamburq” (Almaniya)
Baş hakim: Nikola Rizzoli (İtaliya)
İlk oyun – 1:3

“Udineze” (İtaliya) – “Verder” (Almaniya)
Baş hakim: Martin Hansson (İsveç)
İlk oyun – 1:3
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR