Bank Of Baku

UEFA kubokunun finalında Almaniya və Ukrayna klubları qarşılaşacaq

UEFA kubokunun finalında Almaniya və Ukrayna klubları qarşılaşacaq
# 17 aprel 2009 08:15 (UTC +04:00)
Bakı – APA. UEFA kubokunda 1/4 final mərhələsinin cavab görüşləri başa çatıb. Apasport.az saytının məlumatına görə, baş tutan oyunlardan sonra bütün yarımfinalçılar müəyyənləşib.

Kiyev “Dinamo”su öz meydanında “Pari Sen Jermen”i darmadağın edərək, iddiasını davam etdirib. Digər Ukrayna təmsilçisi “Şaxtyor” isə “Marsel”i səfərdə də üstələməklə, yarımfinala yüksəlib.

“Mançester Siti” “Hamburq”u məğlub etsə də, iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırıb. Digər yarımfinalçı da Almaniya təmsilçisidir. Belə ki, “Verder” İtaliyanın “Udineze” klubundan güclü olub.

“Dinamo” (Kiyev, Ukrayna) – PSJ (Fransa) - 3:0
Baş hakim: Frank de Blekere (Belçika)
QOLLAR: Banqura, 4; Landreau,15(öz qapısına); Vukojeviç, 61
İlk oyun – 0:0

“Marsel” (Fransa) – “Şaxtyor” (Ukrayna) - 1:2
Baş hakim: Manuel Enrike Mexuto Qonsales (İspaniya)
İlk oyun – 0:2
QOLLAR: Ben Arfa, 43 - Fernandinyo, 30: Adriano, 90

“Mançester Siti” (İngiltərə) – “Hamburq” (Almaniya) - 2:1
Baş hakim: Nikola Rizzoli (İtaliya)
İlk oyun – 1:3
QOLLAR: Elano, 16; Felipe, 49 - Guerrero, 12

“Udineze” (İtaliya) – “Verder” (Almaniya) - 3:3
Baş hakim: Martin Hansson (İsveç)
QOLLAR: İnler, 16; Quagliarella 30; 38- Dieqo, 28; 60; Pizarro, 73
İlk oyun – 1:3

Beləliklə, yarımfinalda “Şaxtyor” – Dinamo” və “Hamburq” – “Verder” görüşləri baş tutacaq. İlk oyunlar aprelin 30-da, cavab oyunları mayın 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR